Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

28.07.2021 10:25
  • A-
  • A
  • A+

MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub

MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) fəaliyyət göstərən “Qarabağ müharibəsi qəhrəmanları” fonduna nəşrlər toplanmaqda davam edir. Daxil olan nəşrlər fondu daha da zənginləşdirərək, tariximizin kitablar vasitəsilə gələcək nəsillərə ötürülməsi üçün olduqca böyük əhəmiyyət daşıyır. Fonda yeni daxil olan nəşrlər sırasında Qəzənfər Paşayevin “Xilaskarlar”, Rahil Məmmədin “Vətən oğlu”, həmçinin redaktoru Çinarə Ömray olan zəfər şəhidi baş leytenant Vüsal Kazımova həsr edilmiş “Vətən Vüsal dedi” adlı kitablar var.

“Xilaskarlar” kitabında müəllif ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin və xalqımızın  tarixindəki mühüm rolundan bəhs edib.

Nəşrlər sırasında yer alan Rahil Məmmədin müəllifi olduğu “Vətən oğlu” adlı kitabda Azərbaycanın Milli Qəhrəmanı şəhid  Murad Mirzəyev haqqında poema və vətənpərvərlik mövzusunda şeirlər toplanıb.

“Vətən Vüsal dedi” adlı kitab Azərbaycan Ordusunun baş leytenantı, Vətən müharibəsi zamanı Füzuli əməliyyatında, Cəbrayıl uğrunda gedən döyüşlərdə, Xocavənd rayonunun və Şuşanın azad edilməsində qəhrəmancasına iştirak edərək şəhidlik zirvəsinə ucalan Vüsal Kazımov haqqındadır.

Qeyd edək ki, sözügedən nəşrlər MEK-in e-kataloquna daxil edilərək rəqəmsallaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: