Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

16.08.2021 12:32
  • A-
  • A
  • A+

Mövcud hüquq sistemlərində süni intellekt: reallıqlar və meyllər

Mövcud hüquq sistemlərində süni intellekt: reallıqlar və meyllər

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadənin "Mövcud hüquq sistemlərində süni intellekt: reallıqlar və meyllər" (Artificial intelligence within the existing legal systems: realities and trends) adlı məqaləsi beynəlxalq bazada indeksləşən nüfuzlu "Journal of Advances in Social Science and Humanities" jurnalında çap olunub.

Məqalədə qeyd edildiyi kimi, bu gün robotların və digər süni intellekt daşıyıcılarının hüquqi subyektivliyə verilməsi məsələləri müzakirə olunur. Ancaq gələcəkdə bu çərçivədə məsuliyyət olmaması ilə əlaqədar olaraq hüquq normaları yenilənəcək. Robota hüquqlar verilərkən, texnologiyaların müxtəlifliyi və bəzi xüsusiyyətlər nəzərə alınmalıdır.

Müəllif, həmçinin robototexnika sahəsində gələcək tənzimlənmənin mümkün modellərini də təhlil edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: