Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər orqan və toxumaları yenidən inkişaf etdirmək üçün əsas hüceyrə mexanizmi tapıblar
27.08.2021 10:45
  • A-
  • A
  • A+

Alimlər orqan və toxumaları yenidən inkişaf etdirmək üçün əsas hüceyrə mexanizmi tapıblar

İnqilabi kəşf toxuma mühəndisliyinə, yaraların sağalmasına və xərçəng xəstəliyi ilə bağlı aparılan araşdırmalara öz təsirini göstərəcək.

Minnesota Twin Cities Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni tədqiqatlar göstərib ki, kollagen kimi toxumalarda protein liflərinin sərtliyi hüceyrələrin hərəkətini nəzarətdə saxlayan əsas komponentdir. ABŞ Milli Elm Fondu tərəfindən maliyyələşdirilən bu kəşf hüceyrələrin hərəkətini öyrənən sahələrə (bərpaedici tibbdən xərçəng xəstəliyi tədqiqatlarına qədər) ciddi təsir göstərə bilər.

Hüceyrələrin bir çox səbəbdən hərəkət etməsi vacibdir. Belə ki, onlar uyğun hüceyrə tiplərinə çevrilmək üçün inkişaf edən embrionda lazımi yerlərə “səyahət etməlidirlər”. Yaralar sağalanda isə dəri hüceyrələri yaranı yara izinə çevirmək üçün qan laxtalarına təsirli şəkildə nüfuz etməlidir. Araşdırmalar göstərir ki, xərçəng hüceyrələri bütün bədənə yayılmaq üçün bərk şişlərdən uzaqlaşdıqda bir lif xəttini izləyirlər.

Tədqiqatçılar son illərdə apardıqları araşdırmalar nəticəsində zədələnmiş və ya xəstə hüceyrələri, orqan və ya toxumaları yenidən inkişaf etdirmək, bərpa etmək və ya dəyişdirmək üçün süni toxumalar yarada bildikləri əsas hüceyrə mexanizmi tapıblar.

Tədqiqat işi “Proceedings of the National Academy of Sciences”  jurnalında dərc olunub.

Qeyd edək ki, bu jurnal müxtəlif sahələrdə, xüsusilə də biologiya və tibb, eləcə də fizika və sosial elmlər üzrə orijinal elmi tədqiqatların nəticələrini dərc edən ABŞ-ın aparıcı elmi jurnalıdır.

Tərcümə etdi: Alidə Zeynalova

www.nsf.gov

  • Paylaş: