Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.04.2026 17:02
  • A-
  • A
  • A+

MEK tərəfindən AMEA-nın elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün təlim keçirilir

MEK tərəfindən AMEA-nın elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün təlim keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA-nın elmi-tədqiqat institutlarında çalışan kitabxanaçıların peşə bacarıqlarını inkişaf etdirmək, qabaqcıl təcrübəni yaymaq və kitabxana-informasiya sahəsində elmi-innovativ bilikləri öyrənərək tətbiq etmək məqsədilə ixtisasartırma təlimləri təşkil edib.

Təlimin ilk günündə MEK-in direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov kitabxanaçılarla görüşərək dövlət tərəfindən bu sahəyə göstərilən yüksək qayğıdan danışıb, elmi kitabxanalarda səmərəli, məhsuldar tədqiqat mühitinin formalaşdırılmasının və qorunmasının vacibliyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.

İki həftə davam edəcək “Biliyin gələcəyi və innovasiyalar” adlı təlimdə iştirakçılar akademik kitabxanalarda süni intellektin tətbiqi, korporativ kitabxana sistemləri, rəqəmsal  kolleksiyaların formalaşdırılması, nadir nəşrlərin qorunması və kitabxana işinə dair digər mühüm biliklərə yiyələnəcəklər.

MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın rəhbərliyi ilə təşkil olunan təlimlərin sonunda aktiv iştirakçılara MEK tərəfindən sertifikatlar təqdim ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: