Çox dəyərli alim, hörmətli böyüyüm İsa Həbibbəyli,
Şəxsən mənə ünvanladığınız dəyərli təbrikləriniz və doğum günü mesajınız üçün sizə ən səmimi minnətdarlığımı bildirirəm. Gərgin iş qrafikinizdə vaxt ayırıb xatırlamağınız məni çox sevindirdi.
Görkəmli bir alim və Türk dünyasının ortaq dəyərlərinə könül vermiş bir şəxsiyyət olaraq ifadə etdiyiniz təqdir dolu sözlər, bizlər üçün böyük bir qürur mənbəyidir. Türk dünyasının elmi və mədəni irsini qoruma, inkişaf etdirmə və gələcək nəsillərə ötürmə yolundakı səylərimizin qarşılıq tapması çalışma əzmimizi daha da möhkəmləndirir.
Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Azərbaycan Milli Elmlər Akademiyası arasındakı köklü dostluğa və elmi əməkdaşlığa verdiyimiz önəmi bir daha vurğulamaq istərdim. İnanıram ki, ortaq baxışlarımız əsasında həyata keçirəcəyimiz layihələr və təcrübə paylaşımları, Türk elm dünyasına xidmət etməyə qətiyyətlə davam edəcəkdir.
İllərə dayanan qədim dostluğunuz və etimadınız üçün təşəkkür edir, sizə sağlamlıq, rahatlıq və elmi fəaliyyətlərinizdə yüksək nailiyyətlər arzulayıram.
Ən səmimi hörmətlərlə,
BE Prof. Dr. Derya Örs
Atatürk Mədəniyyət, Dil və Tarix
Yüksək Qurumunun sədri
22 aprel 2026-cı il
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.