Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.09.2021 16:02
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent Zakir Eminovun sədrliyi ilə sözügedən müəssisənin Elmi şurasının iclası keçirilib.

Baş direktor gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etdikdən sonra işçilərin işə davamiyyəti, əmək və icra intizamına nəzarətin gücləndirilməsi barədə əməkdaşları məlumatlandırıb.

Sonra institutun elmi katibi, c.ü.f.d., dosent Zərnurə Həmidova Qarabağın inkişafı ilə əlaqədar AMEA Rəyasət Heyətinin 12 yanvar 2021-ci il qərarına uyğun olaraq “Ekoloji genosidin vurduğu zərərlərin qiymətləndirilməsi”, beynəlxalq təşkilatların məlumatlandırılması və albom-monoqrafiyanın hazırlanmasının vəziyyəti haqda  məlumat verib. Qərara alınıb ki, albom-monoqrafiya üçün hazırlanmış xəritələr yalnız təyin edilmiş vahid formada qəbul olunacaq.

“Qarabağın coğrafiyası: təbii şərait və resurs potensialı” adlı monoqrafiyanın buraxılışına məsul olan şöbə müdiri, dosent Mirnuh İsmayılov kitabın hazırlanmasının icra vəziyyəti ilə bağlı məlumat verib, müəlliflər tərəfindən təhvil verilmiş fəsil və bölmələri diqqətə çatdırıb.

Coğrafiya elmləri doktorları Nəriman Paşayev və Yaqub Qəribov coğrafiya elmləri doktoru, professor Rza Mahmudovun “Azərbaycanda regional iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr” monoqrafiyasına rəy vermələri üçün elmi məsləhətçi təyin ediliblər.

Elmlər doktoru hazırlığı üzrə Cİ-nin doktoranturasına sənəd verən Şahnaz Əmənovanın dissertasiya mövzusu “Şəhər landşaftlarının inkişafı və idarə olunma problemləri” adı ilə təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: