Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

09.09.2021 17:32
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi beynəlxalq jurnalda dərc olunub

Azərbaycanlı alimin məqaləsi beynəlxalq jurnalda dərc olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Süni intellektin tarixi, metodologiyası və hipotezi” başlıqlı məqaləsi ABŞ-da “China-USA Business Review” jurnalında dərc olunub.

Məqalədə qloballaşmanın ən mühüm elmi-texniki hadisəsi, eyni zamanda, fəlsəfə elminin yeni və ciddi mövzularından biri olan süni intellekt fəlsəfəsinin tarixindən, metodologiyasından və hipotez mahiyyətindən bəhs edilir. Müəllif süni intellekt sisteminin tarixini izləyir, A.Turinq nəzəriyyəsinin yaranması, inkişaf mərhələlərinə diqqət yönəldir və bu sahənin vəziyyətini təhlil edib qiymətləndirir.

Xatırladaq ki, dünyanın bir sıra nüfuzlu elmi indekslərinə daxil edilən bu jurnalda Xatirə Quliyevanın “Azərbaycançılıq ideologiyasından multikulturalizmə kimi milli mədəniyyətlərarası dialoq fəlsəfəmiz” adlı məqaləsi də mart-aprel sayında dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: