Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.09.2021 16:32
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər

Türkiyənin Ərzurum şəhərində Atatürk Universitetinin təşkilatçılığı ilə Təbiət elmləri üzrə (ISFAS-2021) onlayn I Beynəlxalq Konqres (ICNAS-2021) keçirilib.

Tədbirdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı “Maqnetik topoloji izolyatorların kimyəvi dizaynı” mövzusunda plenar məruzə ilə çıxış edib və sertifikata layiq görülüb. Eyni zamanda institutun aparıcı elmi işçisi, dosent Faiq Məmmədova elmi təşkilat komitəsinin üzvü  kimi konqresin işinə verdiyi töhfəyə görə sertifikat verilib.

Qeyd edək ki, müəssisənin bir qrup əməkdaşı da konfransda müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: