Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.06.2025 10:21
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları konfransda iştirak ediblər

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları konfransda iştirak ediblər

UFAZ 2025 Kimya, Materiallar və Proseslər üzrə konfransda ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 9 saylı Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları laboratoriyasının əməkdaşları - Fətullayeva Sevda, Cəbiyeva Sara, Şixverdiyeva Nigar, Rəhimli Nərgiz, Seyidova Çiçək, Aslanova Həcər, eləcə də laboratoriyanın doktorantları - Əliyeva Elmira, Babayev Elçin və Əhmədov İsmayıl iştirak etmişlər.

Konfransın 4 iyun tarixində keçirilən ikinci günü Fətullayeva Sevda “Chitosan and Poly-N-vinylpyrrolidone-based Enterosorbents for Heavy Metals Removal” mövzusunda elmi məruzə ilə çıxış etmiş, həmçinin həmin gün baş tutan ikinci elmi seksiyaya sədrlik etmişdir.

Digər iştirakçılar poster təqdimatları ilə çıxış etmiş, bu təqdimatlar konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Seyidova Çiçəyin “Avocado Seed Waste as Biosorbent of Heavy Metal Ions” adlı poster təqdimatı isə “Konfransın ən yaxşı posteri” nominasiyası üzrə mükafata layiq görülmüşdür. Təqdim edilən elmi işlər iştirakçılar və ekspertlər tərəfindən maraqla qarşılanmış və yüksək dəyərləndirilmişdir. İnstitut əməkdaşlarının elmi tədqiqatları konfrans çərçivəsində geniş müzakirə olunmuş və beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: