Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.09.2021 17:03
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzin rəhbərliyi “Neftqazelmitədqiqatlayihə” İnstitutunda görüş keçirib

Seysmoloji Mərkəzin rəhbərliyi “Neftqazelmitədqiqatlayihə” İnstitutunda görüş keçirib

Sentyabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunda müəssisə rəhbərliyi ilə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) nümayəndə heyəti arasında görüş keçirilib. 

Görüşdə mərkəzi baş direktor, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin rəhbərliyi ilə qurumun Maqnitometriya şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Hümbət Vəliyev, Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və Seysmoloji və geofiziki materialların elmi araşdırılması şöbəsinin müdiri vəzifəsini icra edən, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yaqub Əhmədov təmsil ediblər.

Görüşdə mərkəzlə institut arasında ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

RSXM-nin baş direktoru Qurban Yetirmişli mərkəzdə aparılan elmi tədqiqatlar, həyata keçirilən layihələr haqqında iştirakçılara ətraflı məlumat verib. Həmçinin  baş direktor yeni layihələr haqqında  da danışaraq Neftqazelmitədqiqatlayihə” İnstitutu ilə əməkdaşlığın bu istiqamətdə tərəflər üçün səmərəli olacağını qeyd edib. 

Görüşdə tərəfləri maraqlandıran suallara da aydınlıq gətirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: