Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri beynəlxalq konfrasda iştirak ediblər
17.09.2021 12:56
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri beynəlxalq konfrasda iştirak ediblər

Bolqarıstanın Varna şəhərində “Fəlsəfə, ənənə, innovasiya və təhsil” mövzusunda III beynəlxalq onlayn elmi konfrans keçirilib.

Tədbir Bolqarıstan Elmlər Akademiyasının Bilik və Cəmiyyətşünaslıq İnstitutu və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə hazırlanıb. Konfransda Almaniya, ABŞ, Yaponiya, Belçika və Şərqi Avropa ölkələrinin alimləri iştirak ediblər.

Beynəlxalq tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə “Süni intellekt və bəzi fəlsəfi problemlərin aktuallığı”, dosent Sevinc Həsənova “Etik məsələlər, mədəniyyətlər və süni intellekt” və dosent Zöhrə Əliyeva “Rəqəmsal əsrdə ruhun gələcəyi” adlı məruzələrlə çıxış ediblər.

Çıxışların sonunda mövzular ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: