Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.09.2021 14:15
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda kadr hazırlığı sahəsində mühüm işlər həyata keçirilir

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda kadr hazırlığı sahəsində mühüm işlər həyata keçirilir

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, institutun direktoru, şuranın sədri, akademik İradə Hüseynova açaraq tədbirin gündəliyi barədə məlumat verib.

İclasın gündəliyinə pandemiya ilə əlaqədar müəssisə əməkdaşlarının vaksinasiyaya cəlb olunması, xüsusi karantin rejimi çərçivəsində əməkdaşların işə davamiyyəti,  2021-ci ilin qəbul planına əsasən qurumun fəlsəfə doktoru hazırlığı üzrə doktoranturasına və dissertanturasına sənəd təqdim etmiş namizədlər, o cümlədən institutun magistraturasına qəbul olunmuş tələbələr haqqında məlumat, kadr hazırlığı çərçivəsində həyata keçirilən işlər və s. məsələlər daxil edilib.

Kadr hazırlığı sahəsindəki uğurlardan söz açan akademik İradə Hüseynova bildirib ki, institutun əməkdaşları – Molekulyar biomühəndislik laboratoriyasının kiçik elmi işçisi A.Həsənova Türkiyənin Akdeniz Universitetinə, Populyasiya genomiksi laboratoriyasının böyük laborantı F.Kuryayeva Türkiyənin Bilecik Şeyh Edebali Universitetinə, Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının elmi işçisi G.Qarayev Fransanın Grenoble Politexnik İnstitutuna, Fotobioenergetika laboratoriyasının kiçik elmi işçisi Ç.Ələkbərova isə Fransanın Monpelye Universitetinə ezam olunublar.

Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent S.Rüstəmova isə institutda magistr pilləsi üzrə 2021/2022-ci tədris ili üçün “Molekulyar biologiya”, “Biotexnologiya” və “Biokimya” ixtisasları üzrə tədris planları haqqında məlumat verib. O bildirib ki, 2021-ci tədris ilində müəssisənin magistraturasına “Molekulyar biologiya” ixtisası üzrə 3 nəfər, “Biotexnologiya” ixtisası üzrə 3 nəfər, “Biokimya” ixtisası üzrə isə 4 nəfər tələbə daxil olub.

Daha sonra 27 sentyabr – Anım günü ilə əlaqədar həyata keçiriləcək tədbirlər və digər məsələlər ətraflı müzakirə olunaraq müvafiq qərarlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: