Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qafqazşünaslıq İnstitutunun Elmi şurasının iclası keçirilib
17.09.2021 15:51
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunun Elmi şurasının iclası keçirilib

Sentyabrın 17-də AMEA-nın Qafqazşünaslıq İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.

İclası institutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açaraq AMEA Rəyasət Heyətinin qərarları ilə şura üzvlərini tanış edib.

Sonra müəssisə tərəfindən 23 sentyabr 2021-ci il tarixində keçiriləcək “Cənubi Qafqazda ərazi-sərhəd problemləri: Qars müqaviləsindən Şuşa bəyannaməsinə” mövzusunda respublika elmi konfransına dair təşkilati məsələlər, materialların çapı müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

İclasda, həmçinin bir sıra cari məsələlərə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: