Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

2020-ci ildə doktoranturaya xarici dil üzrə qəbul imtahanı vermiş iddiaçılar elektron arayış əldə edə bilər
20.09.2021 16:52
  • A-
  • A
  • A+

2020-ci ildə doktoranturaya xarici dil üzrə qəbul imtahanı vermiş iddiaçılar elektron arayış əldə edə bilər

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 2020-ci il 29 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş, 29.01.2021-ci il tarixli qərarı ilə əlavə və dəyişikliklər edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na əsasən, doktoranturaya qəbul zamanı xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilən keçid balını (35 və ya daha yüksək bal) toplamış iddiaçılar dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, hazırda doktorantura və ya dissertanturada təhsil alan, 2020-ci il yanvarın 26-da DİM tərəfindən ilk dəfə keçirilən doktoranturaya 2019-2020-ci tədris ili üçün xarici dil üzrə qəbul imtahanında 35 və ya daha yüksək bal toplayaraq uğur qazanmış iddiaçılar xarici dil üzrə qəbul imtahanının nəticələrinə dair QR kodlu elektron arayış əldə edə bilərlər. Arayışları DİM-in internet saytında aşağıdakı linkdən şəxsi kabinetin istifadəçi adı (FIN) və parolunu müvafiq sahələrə daxil etməklə əldə etmək mümkündür:

Əvvəllər məlumat verildiyi kimi, 2021-ci ilin 14 fevral tarixində 2020-2021-ci tədris ili və 2021-ci il iyunun 20-də 2021-2022-ci tədris ili üçün doktoranturaya xarici dil üzrə qəbul imtahanlarında 35 və ya daha yüksək bal toplayaraq uğur qazanmış iddiaçılar da xarici dil üzrə qəbul imtahanının nəticələrinə dair QR kodlu elektron arayışları həmin linkdən əldə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: