Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

SCImago Journal & Country Rank (SJR) 2025-ci il üçün nəticələrini elan edib
20.04.2026 10:14
  • A-
  • A
  • A+

SCImago Journal & Country Rank (SJR) 2025-ci il üçün nəticələrini elan edib

Elsevier-in “Scopus” bazasındakı məlumatlara əsaslanaraq elmi jurnalları, ölkələri və tədqiqat qurumlarını reytinqə salan açıq elmmetrik portalı olan SCImago Journal & Country Rank (SJR) 2025-ci il üçün jurnalların qiymətləndirmə nəticələrini elan etmişdir.

Nəticələrə əsasən “Chemical Problems” jurnalı 1 səviyyə yüksələrək Q3 kateqoriyasında yer almışdır.

“Kimya Problemləri” (“Chemical Problems”) jurnalı (www.chemprob.org) 2002-ci ildə A.Ş. Əliyev tərəfindən qurulmuş, 2003-cü ildən nəşr olunmağa başlamışdır. İndiyə qədər jurnalda 2350-dən artıq elmi məqalə dərc olunmuşdur.

Jurnal 2009-cu ildən Chemical Abstract elmi informasiya bazasında referatlaşdırılır. Qeyd etmək lazımdır ki, jurnal dövrü nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib, 2221-8688 (print) və 2522-1655 (online) ISSN indeksini alıb. Bundan başqa, “Kimya Problemləri” (“Chemical Problems”) jurnalı bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdirilmişdir. 2016-cı il (№ 1) – 2019-cu il (№ 3) daxil olmaqla, jurnalda dərc edilən elmi məqalələr Web of Science bazasında indeksləşdirilib və 2018-ci ildən rəqəmsal axtarış sistemi üçün “Crossref”də qeydiyyatdan keçərək DOİ alıb.

2021-ci ilin sentyabr ayından sözügüdən jurnal “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilmişdir (https://www.scopus.com/sourceid/21101065070).

Qeyd edək ki, “Chemical Problems” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi beynəlxalq nüfuzlu elmi bazalara daxil olan tövsiyə olunan jurnallar siyahısına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: