Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alim tarixi-dini abidələrin qorunmasının əhəmiyyətinə dair məruzə edib
16.04.2026 22:28
  • A-
  • A
  • A+

Şərqşünas alim tarixi-dini abidələrin qorunmasının əhəmiyyətinə dair məruzə edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev Ağdamda keçirilən “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfransda iştirak edib.  

Şərqşünas alim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda “Dini radikalizmlə mübarizədə tarixi-dini abidələrin qorunmasının əhəmiyyəti və perspektivləri” adlı məruzə ilə çıxış edib.

E.Mustafayev çıxış zamanı vurğulayıb ki, tarixi-dini abidələrin qorunması və bərpası milli kimliyin, mənəvi dəyərlərin və ümumbəşəri mədəni irsin saxlanılmasında mühüm rol oynayır, eyni zamanda tolerantlıq və multikulturalizm kimi dəyərləri gücləndirir. Bu siyasət həm cəmiyyətin daxili həmrəyliyini möhkəmləndirir, həm də dövlətin beynəlxalq nüfuzunun artmasına və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir.

Məruzəçi qeyd edib ki, tarixi abidələrin dövlət və cəmiyyət tərəfindən mühafizə edilməsi dini radikalizmlə mübarizədə strateji əhəmiyyətə malikdir. Çünki radikal dini qruplar bu cür abidələri dağıtmaqla xalqın mənəvi tarixini məhv etməyə çalışırlar. Bu mənada qorunan və fəaliyyət göstərən tarixi abidələr sabitlik, güvən və xalqın özünəinam hisslərini yaşadır və gücləndirir. Bu isə radikal çağırışlara qarşı mühüm psixoloji sipərdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: