Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.09.2021 10:51
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun gənc alimi təkmilləşdirmə kurslarında iştirak edib

Neft və Qaz İnstitutunun gənc alimi təkmilləşdirmə kurslarında iştirak edib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təkmilləşdirmə kursları keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov kurslarda iştirak edən dinləyiciləri təbrik edərək layihə çərçivəsində əldə etdikləri biliklərin onların gələcək iş fəaliyyətlərində mühüm rol oynayacağını bildirib.

AMEA-nın Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli təkmilləşdirmə təlimlərində ekologiya elmi istiqaməti üzrə iştirak edib.

İştirakçılar keçirilən dərslərin səmərəliliyi və praktiki dərslərin əhəmiyyətini vurğulayaraq, gələcəkdə də təkmilləşdirmə kurslarının davam etməsi üçün fikir və təkliflərini səsləndiriblər.

Tədbirin sonunda kurslarda iştirak edən dinləyicilərə müvafiq ixtisaslar üzrə sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: