Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.09.2021 16:08
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda şəhidlərimiz anılıb

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda şəhidlərimiz anılıb

AMEA-da Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri” elmi həftəsi çərçivəsində növbəti tədbir Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda baş tutub.

Sözügedən müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri əvvəlcə Hərbi Qənimətlər Parkını ziyarət edərək, 44 günlük Vətən müharibəsi dövründə düşməndən qənimət götürülmüş silah və hərbi texnika ilə tanış olublar. Eyni zamanda II Fəxri xiyabanda Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərin məzarları ziyarət edilib.

Daha sonra institutda şəhidlərin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Əvvəlcə İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü İbrahim Əzizov torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildiyini vurğulayıb. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun qüdrəti sayəsində işğal altında olan torpaqlarımızın geri qaytarılmasının dövlətçilik tariximizin ən şərəfli səhifəsi olduğunu qeyd edib.

Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini Ələmdar Məmmədov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova, b.e.d., dosent Şahniyar Bayramov, b.ü.f.d. Səmra Mirzəyeva və başqaları Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: