Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.09.2021 14:06
  • A-
  • A
  • A+

“Cənubi Qafqazda ərazi-sərhəd problemləri: Qars müqaviləsindən Şuşa Bəyannaməsinə” mövzusunda konfrans keçirilib

“Cənubi Qafqazda ərazi-sərhəd problemləri: Qars müqaviləsindən Şuşa Bəyannaməsinə” mövzusunda konfrans keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Cənubi Qafqazda ərazi-sərhəd problemləri: Qars müqaviləsindən Şuşa Bəyannaməsinə” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfransda 98 alim və tədqiqatçının ermənilərin Cənubi Qafqaza köçürülməsi və ərazi dəyişiklikləri, 1918-1920-ci illərdə Cənubi Qafqazda ərazi-sərhəd məsələləri və Ermənistanın yaradılması, sovet dövründə ərazi-sərhəd məsələləri, 1991-ci ildən sonra Cənubi Qafqazda ərazi işğalları və nəticələri bölmə iclaslarında müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İ.Həbibbəyli qeyd edib ki, Şuşa bəyannaməsinin 100 il öncə imzalanan Qars müqaviləsinə istinad etməsi ümümdövlət, regional və qlobal əhəmiyyətə malikdir. Akademik bildirib ki, Vətən müharibəsində qazanılan qələbənin bir illiyinə həsr olunan bu konfransda müzakirə ediləcək mövzular günümüzün aktual problemləridir.

Plenar iclasda məruzə edən Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünün bərpasının əhəmiyyətindən  bəhs edib.

Konfransa onlayn qoşulan Tükiyədən tarix elmləri doktoru, professor İbrahim Ethem Atnur “Qars müqaviləsinin Türkiyə və Azərbaycan üçün regional proseslər kontekstində qiymətləndirilməsi” və Gürcüstandan tarix elmləri doktoru, professor Roin Kavrelishvili “Qars müqaviləsinin Gürcüstan ictimaiyyətində əks olunması” məruzələri ilə çıxış ediblər.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: