Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2021 11:24
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova iclası açaraq şura üzvlərini tədbirin gündəliyi ilə tanış edib.

İclasın gündəliyinə çıxarılan birinci məsələ 2021-ci il üzrə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun doktorantura və dissertanturasına qəbulun nəticələri haqqında olub.

İnstitutun elmi katibi, t.ü.f.d. Sevil Ağamalıyeva bildirib ki, fəlsəfə üzrə doktoranturaya Vüsalə Beydullazadə, elmlər doktorluğu üzrə isə Gülanə Əliyeva sənədlərini təqdim edib.

Daha sonra Elmi şura fəlsəfə və elmlər doktorluğu üzrə mövzuların müzakirəsini aparıb. V.Beydullazadənin “Azərbaycanın orta əsr inşaat keramikası”, G.Əliyevanın isə “Xocalı-Gədəbəy mədəniyyəti: tipoloji müxtəliflik və mədəni identiklik problemləri (Azərbaycan abidələri əsasında)” mövzusu müzakirələrdən sonra təsdiqlənib.

İclasda, həmçinin professor Arif Məmmədovun “Qarabağ III-XVII əsrlərdə (tarixi-arxeoloji tədqiqat)” monoqrafiyası, t.ü.f.d. Leyla Rüstəmovanın “Gəncə-Qazax bölgəsinin erkən əkinçi-maldar əhalisinin metal məmulatı” monoqrafiyası və professor Qafar Cəbiyevin “Klassik poeziyadan praktiki arxeologiyaya” adlı elmi məqaləsi çapa tövsiyə olunub.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: