Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzvü beynəlxalq konfransda çıxış edib
29.09.2021 09:36
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü beynəlxalq konfransda çıxış edib

AMEA-nın müxbir üzvü, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri Ağası Məlikov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində XXIV beynəlxalq “Paylanmış kompüter və kommunikasiya şəbəkələri” konfransında iştirak edib.

Rusiya Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunun, Rusiya Xalqlar Dostluğu Universitetinin və Tomsk Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə A. Məlikov “Ehtiyatları xarab ola bilən və təkrar sorğuları olan sistemlərin modellərinin öyrənilməsi üçün alqoritmik yanaşma” adlı məruzə ilə çıxış edib.

Konfransın təşkilat komitəsinin həmmüəllifləri A.Məlikovun keçmiş doktorantı Məmməd Şahmalıyev və Macarıstanın Debresen Universitetinin professoru Janos Sztrik məruzənin elmi əhəmiyyətini nəzərə alaraq onun genişləndirilmiş versiyasının “Springer” nəşriyyatı tərəfindən nəşr olunacaq konfrans materiallarına daxil etməyi qərara alıblar.

Qeyd edək ki, A.Məlikov son 5 ildə sözügedən konfransın beynəlxalq təşkilat komitəsinin üzvü olaraq “Paylanmış sistemlərin və şəbəkələrin modelləşdirilməsi” bölməsinin bir seksiyasına rəhbərlik edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: