Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə edib
29.09.2021 15:34
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə edib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rəhimov Monteneqronun Petrovak şəhərində keçirilən ənənəvi XII Beynəlxalq “Optimallaşdırma və tətbiqləri” OPTIMA-2021 elmi konfransında iştirak edib.

Konfrans Monteneqro Universiteti, Monteneqro Elmlər Akademiyası, Rusiya EA-nın Kompüter Hesablama Mərkəzi təşkilatçılığı ilə işinə başlayıb.

Tədbirdə A.Rəhimov “Parabolik tənlikdə yalnız zamandan asılı mənbələrin bərpası məsələsinin həlli haqqında” mövzusunda məruzə ilə çıxış edib.

Onlayn konfransa ABŞ, Fransa, Almaniya, İsveç, Rusiya, Meksika, Portuqaliya, Belçika, Finlandiya, Avstriya və başqa 25-dən çox ölkənin tanınmış alimləri qatılıblar. Konfrans işini oktyabrın 1-nə kimi davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: