AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Müəssisənin baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov gündəlikdəki məsələlərlə iclas iştirakçılarını tanış edib.
Tədbirdə əvvəlcə 2021-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunanların dissertasiya işlərinin mövzuları müzakirəyə çıxarılıb.
Elvin Bayramovun “Mil-Muğan iqtisadi rayonun sosial-demoqrafik inkişaf xüsusiyyətlərinin tədqiqi”, Səidə Qasımzadənin “Qazax-Tovuz iqtisadi-coğrafi rayonunda təbii-texnogen risklər və onların idarə olunması”, Zümrüd Yusifovanın “Qarabağın toponimlərinin təbii-coğrafi aspektlərinin tədqiqi”, Abduləziz Bəşirovun “Azərbaycan Respublikasının iqtisadi-coğrafi inkişafında Xəzər dənizinin rolu”, Hüseyn Əliyevin “Xaçmaz rayonunun iqtisadi və sosial-demoqrafik inkişafında təbii ehtiyat potensialının rolu”, Sevinc Burzuyevanın “Böyük Bakı landşaftlarının təbii-rekreasiya potensialının qiymətləndirilməsi və istifadə imkanları” və Vüsalə Rəsulzadənin “Xəzər dənizinin Azərbaycan sektorunun sahil zonasında külək və dalğa enerji potensialının tədqiqi” adlı dissertasiya mövzuları təsdiqlənib.
Sonra “Qarabağın coğrafiyası: təbii şərait və resurs potensialı” adlı monoqrafiyanın icra vəziyyəti, “Türk dünyasının coğrafiyası və etnosu” kitabının 2 və 3-cü cildlərinin rus dilinə tərcüməsi, eləcə də digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.