Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

05.10.2021 10:58
  • A-
  • A
  • A+

Akademik Dilqəm Tağıyev institutda təhsil almış sabiq magistrantlarla görüşüb

Akademik Dilqəm Tağıyev institutda təhsil almış sabiq magistrantlarla görüşüb

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev institutun sabiq magistrantları ilə görüş keçirib.

Akademik sabiq magistrantların laboratoriyalarda apardıqları elmi-tədqiqat işləri ilə tanış olduqdan sonra qeyd edib ki, sabiq magistrlərdən 4-ü kiçik elmi işçi, 8-i isə laborant kimi instituta işə götürülüb, gənc mütəxəssislərin elmi-tədqiqat işlərinin aparılması üçün hər cür şərait yaradılıb.

D.Tağıyev bildirib ki, institutun elm sahəsində çalışmaq istəyən gənc kadrlara ehtiyacı var. Akademik sözügedən müəssisədə təhsilini davam etdirmək istəyən gənclər üçün hər cür şərait yaradılacağını vurğulayıb.

Dilqəm Tağıyev sabiq magistrlərə ingilis dilinin mükəmməl öyrənməyin vacib olduğunu bildirərək, onlara təhsillərini doktoranturada davam etdirməyi, kimyanın perspektivli sahələri ilə məşğul olmağı tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: