Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Sürüşmənin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir
06.10.2021 15:25
  • A-
  • A
  • A+

Sürüşmənin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, dosent Mirnuh İsmayılov ARB 24 kanalına Bayıl aktiv sürüşmə zonasında gözlənilən sürüşmələrin baş verməsinin qarşısını almaq üçün aparılan qabaqlayıcı tədbirlərlə  bağlı müsahibə verib.

Məsələyə aydınlıq gətirən alim bildirib ki, payız-qış aylarında yağıntılar zamanı sürüşməni aktivləşdirən yeraltı suların çıxması üçün süxurlararası istinad divarları arasında drenaj sistemi qurulur ki, bu da gələcəkdə baş verə biləcək sürüşmələrin idarə olunması üçün əhəmiyyətli qabaqlayıcı tədbir rolunu oynayır. Bu təbiət hadisəsinin qarşısının alınması üçün həmin tədbirin  fəal olaraq həyata keçirilməsi vacibdir.

Bu yay havaların həddən artıq isti keçməsi ilə əlaqədar Azərbaycanın bir sıra ərazilərində sürüşmələrin əmələ gəlməsinin gözlənilən olduğunu deyən alim, bunu istinin təsirindən süxurlarda çatların yaranması, yağıntılar zamanı həmin çatlara suların yığılmasına görə yeraltı suların aktivləşməsi ilə əlaqələndirib. M.İsmayılov tədqiqatlar zamanı Lahıc zonası, Şamaxı ərazisi, Talış dağlarının orta dağlıq hissəsi, Cəlilabaddan Yardımlıya çəkilən yeni yol ərazisi və sairdə  belə çatlara kifayət qədər rast gəldiyini qeyd edib. Bakı ərazisində Yeni Günəşlinin Zığ tərəfə baxan yamacının sürüşmə baxımından çox təhlükəli olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: