Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.10.2021 11:08
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə gənc əməkdaşların elmi potensialının artırılması istiqamətində işlər davam etdirilir

Seysmoloji Mərkəzdə gənc əməkdaşların elmi potensialının artırılması istiqamətində işlər davam etdirilir

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.

İclasda Şuranın sədri Afaq Ağazadə mərkəzdə çalışan gənc əməkdaşların elmi potensiallarının artırılması istiqamətində bu vaxta qədər görülən işlərdən danışıb.

Şura sədri, həmçinin əməkdaşlara xarici ölkələrdə, eləcə də ölkəmizdə doktorantura və magistraturada təhsil almaq üçün yaradılan imkanlardan söz açıb. Tədbirdə əməkdaşlar müxtəlif xarici ölkələrin ali məktəblərinin təqaüd proqramları haqqında da məlumatlandırılıb.

Həmçinin gənc alim və mütəxəssislərə elmi məqalələrin yazılması istiqamətində təklif və tövsiyələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: