Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.10.2021 15:18
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunda sənətşünas alim Kərim Kərimovun 100 illiyi qeyd olunub

Memarlıq və İncəsənət İnstitutunda sənətşünas alim Kərim Kərimovun 100 illiyi qeyd olunub

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda görkəmli sənətşünas alim Kərim Kərimovun 100 illiyi ilə bağlı elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan milli sənətşünaslıq məktəbinin banilərindən olan K.Kərimovun yaradıcılıq yolundan danışıb. Akademik XX əsr sənətşünaslıq elminin inkişaf etdirilməsi və dünyaya tanıdılmasında görkəmli alim K.Kərimovun böyük xidmətlərinin olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonra Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Kərim Kərimov haqqında xatirələrini bölüşüb. F.Xəlilov qeyd edib ki, K.Kərimov ictimaiyyət arasında böyük şəxsiyyət, pedaqoq və elm xadimi kimi xeyirxah, vətənpərvər və humanist insan kimi tanınıb.    

Tədbirdə çıxış edən Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə K.Kərimovun tədqiqatlarında ikonoqrafiya problemi mövzusunda məruzə edib. O bildirib ki, K.Kərimov sənətşünaslıq elminin inkişafında böyük əmək sərf edib. İkonaqrafiya problemi K.Kərimovun araşdırmalarında süjet xətti olub.

İnstitutun şöbə müdiri, akademik Zemfira Səfərova, sözügedən müəssisənin elmi işlər üzrə direktor müavini, s.ü.f.d., dosent Xəzər Zeynalov, sənətşünaslıq üzrə fəlsəfə doktorları Tahir Bayramov və Günay Qafarova K.Kərimovun yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Tədbirdə K.Kərimovun qohumu, Əməkdar incəsənət xadimi Nazim Kazımov sənətşünas alim haqqında xatirələrini iştirakçılarla paylaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: