Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.10.2021 17:00
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimləri Nizami və Danteyə həsr olunan beynəlxalq konfransın açılış mərasimində iştirak ediblər

Əlyazmalar İnstitutunun alimləri Nizami və Danteyə həsr olunan beynəlxalq konfransın açılış mərasimində iştirak ediblər

Oktyabrın 7-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Aygül Hacıyeva Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı səfirliyinin mənzil-qərargahında Nizami Gəncəvinin 880 illik və Dante Aligyerinin 700 illik yubiley tədbirləri çərçivəsində təşkil olunan “Nizami və Dante: mədəniyyətlərdə ortaq və fərqli məqamlar” adlı beynəlxalq elmi konfransın açılış mərasimində iştirak ediblər.

Tədbir Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası, İtalyanşünaslar Assosiasiyası Dante Qrupu və İtaliya Qələm Klubunun birgə təşkilatçılığı ilə baş tutur.

Konfransda akademik Teymur Kərimli “Konfutsi (e.ə.VI) – Firdovsi (XI) – Nizami (XII) – Mövlana (XIII) – Dante (XIV) – Şekspir (XVII) – Puşkin (XVIII) – Höte (XIX) və ya dünya ədəbiyyatının “İpək Yolundakı səkkiz duraq...”, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə “Nizami Gəncəvi və Dante Aligyeri yaradıcılığında kəsişən xətlər” mövzusunda məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, üç gün davam edəcək tədbirdə Azərbaycan, İtaliya, Türkiyə, Böyük Britaniya, İran, Hindistan, Rusiya, ABŞ və Gürcüstandan tanınmış şərqşünaslar məruzə edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: