Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

08.10.2021 09:14
  • A-
  • A
  • A+

Tarix Muzeyində “H.Z.Tağıyevin Qızlar məktəbi - 120” adlı ustad dərsi keçirilib

Tarix Muzeyində “H.Z.Tağıyevin Qızlar məktəbi - 120” adlı ustad dərsi keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “H.Z.Tağıyevin Qızlar məktəbi - 120” adlı intellektual tədbir keçirilib.

Tədbirdə muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarovun “H.Z.Tağıyevin qız məktəbinin tarixindən” adlı foto-slayd nümayişi ilə mühazirəsi olub. Tarixçi alim F.Cabbarov neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına təsis edilmiş Bakı rus-müsəlman qız məktəbinin yaradılması və fəaliyyəti haqqında çıxış edib. Qeyd edib ki, Qızlar məktəbi müsəlman qızlar arasında ilk dünyəvi təhsilin, Azərbaycan xalqına savadlı ana bəxş etməsinin, ilk ziyalı qadın kadrların formalaşdırmasının, habelə Azərbaycanın müsəlman qadın təhsilinin təməlini qoyub.

Sonra tədbir iştirakçılarına muzeyin Bərpa laboratoriyasının xalça üzrə bərpaçı-rəssamı Qənirə Məmmədova tərəfindən parça üzərində Azərbaycanın qədim milli ornamenti olan butanın tikilmə qaydası öyrədilib. Daha sonra muzeydə fəaliyyət göstərən H.Z.Tağıyevin ev muzeyi, “Anadır arzulara, hər zaman Qarabağ”, “Nizami Gəncəvi və Azərbaycan Atabəylər dövləti” adlı sərgilərə ekskursiya edilib.

Sonda iştirakçılar Tarix Muzeyinin İnnovasiya və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi tərəfindən sözügedən müəssisənin sertifikatı ilə təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: