Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

08.04.2025 17:02
  • A-
  • A
  • A+

Middlesex Universitetinin fəxri professoru Paul Gibbs Nizami Muzeyinin qonağı olub

Middlesex Universitetinin fəxri professoru Paul Gibbs Nizami Muzeyinin qonağı olub

Londonda yerləşən Middlesex Universitetinin fəxri professoru Paul Gibbs Nizami Gəncəvi adına Milli Azərbaycan  Ədəbiyyatı  Muzeyinin qonağı olub.

O, universitetdə Təhsil Araşdırmaları və Təqaüd Mərkəzinin ( Centre for Education Research and Scholarsship) qurucusudur. Paul Gibbs transdisiplinar nəzəriyyə, təhsil fəlsəfəsi və ali təhsilin marketinqi sahələrində geniş araşdırmalar aparıb. Onun bu sahələrdə 180-dən artıq nəşri mövcuddur.

Bununla yanaşı, Paul Gibbs  Sidney Texnologiya Universiteti (UTS) və Kembric Universitetlərində (Böyük Britaniya) qonaq professor, Şərqi Avropa Universitetində Doktorantura Təhsilinin İnkişafı Mərkəzinin direktorudur. O, həmçinin ATLAS R&B Araşdırma  İnstitutunda (TEXAS, ABŞ) və Oksford Yeni Kollecindəki  Ali Təhsil Siyasəti Mərkəzinin fəxri üzvüdür. Alim, müəllim və tədqiqatçı Paul Gibbsin 30-dan çox uğurlu transdisiplinar peşəkar doktorant tələbəsi var.

Azərbaycanın ədəbiyyatı, tarixi və mədəniyyəti ilə maraqlanan professor Paul Gibbs Ekspozisiya şöbəsinin müdiri Tomiris Babanlının təqdimatında muzeylə yaxından tanış olub. Klassik ədəbiyyatımıza, xüsusilə Nizami Gəncəvi irsinə dərindən maraq göstərən professor ədəbiyyatımızın, tariximizin parlaq səhifələri əks olunan ekspozisiyaya ziyarətdən, həmçinin poetik nümunələrdən böyük zövq alıb.

Sonda muzeyin rəylər və təəssüratlar  kitabına: “Bu muzey Azərbaycanın mədəniyyətinə və əsrarəngizliyinə uyğun yaradılmış kolleksiyadır” sözlərini yazan Paul Gibbsə  muzeydən xatirə olaraq “Şirvan şairləri” kitabı (ingilis dilində) hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: