Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Xalq yazıçısı Mirzə İbrahimovun 110 illik yubileyinə həsr edilən sessiya keçirilib
15.10.2021 14:59
  • A-
  • A
  • A+

Xalq yazıçısı Mirzə İbrahimovun 110 illik yubileyinə həsr edilən sessiya keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Dövlət mükafatı laureatı, akademik Mirzə İbrahimovun 110 illik yubileyinə həsr olunan onlayn elmi sessiya keçirilib.

İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli  Prezident İlham Əliyevin Xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı 19 iyul 2011-ci il tarixli Sərəncamını xatırladıb, bununla əlaqədar respublikada bir sıra tədbirlərin həyata keçirildiyini bildirib.

Sessiyada Mir­zə İb­ra­hi­mo­vun 1956-cı il­də Azər­bay­can SSR Ali So­ve­ti­nin səd­ri ol­du­ğu dövr­də “Kom­mu­nist” qə­ze­tin­də dərc et­dir­di­yi və cə­sa­rət tə­ləb edən bir çox cid­di məsələlər­dən söz açdığı “Azər­bay­can di­li döv­lət ida­rə­lə­rin­də” ad­lı mə­qa­lə­sin­dən danışılıb. Vurğulanıb ki, o dövr­də Mir­zə İb­ra­hi­mo­vun Azər­bay­can di­li­nin iş­lən­mə­si­nə da­ir irə­li sür­dü­yü fi­kir­lər onun rus­laş­dır­ma si­ya­sə­ti­nə qar­şı ci­ha­dı­na çev­ril­ib. Qeyd olunub ki, 1956-cı il­də SSRİ Ali So­ve­ti Rə­ya­sət he­yə­ti­nin səd­ri Vo­ro­şi­lo­vun ra­zı­lı­ğı­nı alan Mir­zə İb­ra­hi­mo­vun im­za­sı ilə Azər­bay­can SSR Kons­ti­tu­si­ya­sı­na “Azər­bay­can di­li Azər­bay­can SSR-in Döv­lət di­li­dir” bən­di­nin əla­və edil­mə­si ilə baş­lan­mış ci­had ba­şa çatıb. “Bu da bir hə­qi­qət­dir ki, Mir­zə İb­ra­hi­mo­vun dil­çi­lik gö­rüş­lə­ri Azər­bay­ca­nın 1930-cu il­lər­dən baş­la­nan və­ziy­yə­ti­ni öy­rən­mək ba­xı­mın­dan mü­hüm əhə­miy­yə­tə ma­lik­dir”, - deyə tədbirdə diqqətə çatdırılıb.

M.İbrahimov 1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqrad (indiki Sankt-Peterburq) Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb və görkəmli Azərbaycan yazıçısı C.Məmmədquluzadənin həyat və fəaliyyətini tədqiq edərək namizədlik dissertasiyasını müdafiə edib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunarkən onun ilk seçilən 15 həqiqi üzvündən biri də 34 yaşlı Mirzə İbrahimov olub və bundan sonra elmi fəaliyyətini də bədii yaradıcılığı ilə birlikdə davam etdirib. Təsadüfi deyildir ki, yazıçı elm, təhsil, mədəniyyət sahələrində də mühüm vəzifələrdə çalışıb, bununla da təhsilin, mədəniyyətin inkişafına öz töhfəsini verib.

Tədbirdə professor Sayalı Sadıqova və İsmayıl Məmmədli çıxış edərək Mirzə İbrahimovun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Rəhim Əliyev isə çıxışında qeyd edib ki, ədəbiyyatımızı bir-birindən maraqlı əsərlərilə zənginləşdirmiş Xalq yazıçısı Mirzə İbrahimovun əsərləri müxtəlif dillərə tərcümə olunaraq keçmiş Sovet İttifaqının hüdudlarından kənarda da tanınıb, əsərləri əsasında bədii və sənədli filmlər çəkilib: “O, həm də görkəmli ictimai xadim idi. Ən böyük amalı xalqına xidmət etmək olan M.İbrahimov çoxşaxəli fəaliyyəti dövründə ana dilimizin saflığı uğrunda dönmədən mübarizə aparıb. Bir çox xarici müəlliflərin əsərlərini Azərbaycan dilinə tərcümə etmiş ədib gənc yazarlara həmişə xüsusi diqqət və qayğı ilə yanaşıb”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: