Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.10.2021 15:44
  • A-
  • A
  • A+

“Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda elmi konfrans keçirilib

“Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfransda 100 alim və tədqiqatçının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası və problemləri, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nəticələri, Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyi, beynəlxalq enerji, nəqliyyat-kommunikasiya layihələri, Azərbaycan dövlətinin güc meyarları, Azərbaycan Respublikası beynəlxalq əməkdaşlıq sistemində, İkinci Qarabağ müharibəsi və nəticələri, Prezident İlham Əliyev - görkəmli dövlət və siyasi xadim və digər problemlərə həsr edilmiş məruzələr bölmə iclaslarında müzakirə edilib.

Tədbiri açan AMEA-nın vitse-prezidenti, akademik İ.Həbibbəyli qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan konfrans çox böyük əhəmiyyətə malikdir və konfransda müzakirə ediləcək məsələlər aktualdır. Akademik bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfər Müzəffər Ali Baş Komandanın adı ilə bağlı olan tarixi qəhrəmanlıqdır və bütün bunlar alimlər tərəfindən öyrənilməli, təhlil olunmalıdır.

Plenar iclasda məruzə edən Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı 30 ilin başlıca yekunu və perspektivlərinə diqqət yetirib. Bildirib ki, Ulu Öndərin yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkənin inkişafına nail olunub. “Əsrin müqaviləsi”nin bu inkişafın açarı olduğunu vurğulayan alim bu uğurlu siyasətin davamı olaraq 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müasirləşib, güclü dövlətə çevrilib və ərazilərini işğaldan azad edib. 30 ilin təcrübəsindən alınan başlıca dərs ondan ibarətdir ki, Azərbaycan millətinin tərəqqisinin təməlində güclü dövlət və qüdrətli dövlət xadimi dayanır.

 Konfrans öz işini bölmə iclaslarında davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: