Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.10.2021 11:24
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzin əməkdaşları beynəlxalq təlimlərdə iştirak ediblər

Seysmoloji Mərkəzin əməkdaşları beynəlxalq təlimlərdə iştirak ediblər

“Mərkəzi Asiya ölkələrinin coğrafi məkan və statistikadan inteqrasiya olunmuş istifadəyə dair Təhsil Potensialının Gücləndirilməsi Proqramı” çərçivəsində 2021-ci ildə (14, 16, 18 iyun; 12,14,16 iyul; 16,18,20 avqust; 13,15,17 sentyabr tarixlərində) onlayn kommunikasiya platformaları – “Microsoft Teams”  və “Zoom” vasitəsilə Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan, eləcə də  Azərbaycandan olan nümayəndələrin iştirakı ilə onlayn təlimlər keçirilib.

140-dan artıq iştirakçının qatıldığı təlimlərdə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov iştirak ediblər.

Proqram çərçivəsində Yerin məsafədən zondlanması məlumatlarının emalı və texnologiyalarına dair məsələlər müzakirə olunub. Müxtəlif fasilələrlə dörd ay davam edən müzakirələr başa çatdıqdan sonra iştirakçılara sertifikatlar təqdim edilib. RSXM-nin əməkdaşları da sertifikatla təltif olunan nümayəndələr sırasındadırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: