Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycanlı filosoflar qazaxıstanlı həmkarları ilə birgə konfrans keçirəcəklər
22.10.2021 12:20
  • A-
  • A
  • A+

Azərbaycanlı filosoflar qazaxıstanlı həmkarları ilə birgə konfrans keçirəcəklər

Qazaxıstan Respublikasının Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun əməkdaşları Kumisxodjaev Erbol, Şaqırbay Almasbek və Şıntemirova Baxıt 25 oktyabr - 3 noyabr 2021-ci il tarixlərində AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun qonağı olacaqlar.

Görüş zamanı elmi seminar və “Qələbənin fəlsəfəsi: Cənubi Qafqazda yeni reallıqlar, sülh və dünya nizamı” (1 noyabr, saat 11:00-da) adlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Eyni zamanda iki müəssisə arasında əlaqələrin genişləndirilməsi, əməkdaşlığın davam etdirilməsi, Azərbaycanda elmi-tədqiqat işlərinin təcrübəsinin öyrənilməsi, fəlsəfi və sosioloji tədqiqatlarla tanış olmaq məqsədi ilə gələcək əməkdaşlığın davamı haqqında memorandumun imzalanması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: