Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

26.10.2021 15:47
  • A-
  • A
  • A+

Qazaxıstanlı alimlər Fəlsəfə və Sosiologiya İnstitutunda olublar

Qazaxıstanlı alimlər Fəlsəfə və Sosiologiya İnstitutunda olublar

Qazaxıstan Elmlər Akademiyasının (EA) Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun İnformasiya və idarəetmə şöbəsinin müdiri Kumisxodjaev Erbol, həmin müəssisənin aparıcı elmi işçisi Şaqırbay Almasbek və eksperti Şıntemirova Baxıt AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda olublar.

Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə qonaqlara müəssisənin elmi və beynəlxalq əlaqələri sahəsindəki fəaliyyəti barədə danışıb.

Görüş zamanı iki müəssisə arasında gələcəkdə elmi əməkdaşlığın genişləndirilməsi haqqında memorandum imzalanıb. Həmçinin iki respublika arasında ortaq mədəniyyətin və dinin olmasını nəzərə alaraq, Qazaxıstan Respublikasında politologiya və dinşünaslığın inkişafı haqqında məlumat verilib və bu sahədə Qazaxıstan EA-nın sözügedən institutu ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu arasında qarşılıqlı birgə elmi tədqiqatların aparılması və layihələrin hazırlanması yönündə fikir mübadiləsi baş tutub.

Ölkəmizdə olmaqdan məmnunluqlarını dilə gətirən qazaxıstanlı alimlər qonaqpərvərliyə görə institut rəhbərliyinə minnətdarlıqlarını bildirib və birgə elmi əməkdaşlığın hər iki qurum üçün faydalı olacağını qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: