Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.10.2021 17:35
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası institutun direktor vəzifəsini icra edən, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli iclası açaraq şura üzvlərini gündəliklə tanış edib.

Müzakirəyə çıxarılan ilk məsələ “Azərbaycanın maddi və mənəvi mədəniyyəti Nizami Gəncəvi yaradıcılığında” mövzusunda elmi konfransın keçirilməsi barədə olub. Professor Nəcəf Müseyibli bildirib ki, Nizami Gəncəvinin universal və ensiklopedik yaradıcılığında bütün elm sahələri üzrə məlumatlar, o cümlədən də öz dövrü üçün Azərbaycan xalqının maddi və mənəvi mədəniyyəti üzrə geniş informasiya var. Konfransın bu ilin 15 noyabr tarixinə planlaşdırıldığını deyən alim Nizami yaradıcılığı ilə ədibin dövrünə aid arxeoloji materialların əlaqəsi barədə məqalələrin hazırlanmasını tapşırıb.

Bundan əlavə, görkəmli arxeoloq Məmmədəli Hüseynovun anadan olmasının 100 illiyi ilə bağlı gələn ilin aprel ayında beynəlxalq elmi konfransın keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

İclasda, o cümlədən  t.ü.f.d. Qəhrəman Ağayev və t.ü.f.d. Müzəffər Hüseynov institutun Elmi şurasının tərkibinə daxil ediliblər.

Eyni zamanda fərdi planların yoxlanılması və hesabatların müəssisədə yaradılmış komissiyaya təhvil verilməsi, eləcə də gələn il üçün fərdi planların ilkin variantlarının təqdim edilməsi barədə iclasda tapşırıqlar verilib.

Həmçinin professor Arif Məmmədov dissertant Rövşən Həsənovun “Muğanın ilk orta əsr arxeoloji abidələri” adlı dissertasiya işinə yeni elmi rəhbər təyin edilib.

Tədbirdə, o cümlədən bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: