Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.11.2021 18:15
  • A-
  • A
  • A+

AMEA əməkdaşları III beynəlxalq Məhməd Akif Ərsoy simpoziumunda iştirak ediblər

AMEA əməkdaşları III beynəlxalq Məhməd Akif Ərsoy simpoziumunda iştirak ediblər

27-31 oktyabr 2021-ci il tarixlərində Türkiyənin Burdur şəhərində Məhməd Akif Ərsoy Universitetinin təşkilatçılığı ilə İstiqlal marşının qəbulunun 100 illiyinə həsr olunmuş III beynəlxalq Məhməd Akif Ərsoy simpoziumu keçirilib.

Tədbirdə 25 ölkədən 150-dən artıq alim və mütəxəssis iştirak edib.

Simpoziumda AMEA Rəyasət Heyəti aparatından Elmi-təşkilat idarəsinin Elmi planlaşdırma və monitorinq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov, İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin aparıcı mütəxəssisi Aqil Məhərrəmov, Ədəbiyyat İnstitutundan filologiya elmləri doktorları Salidə Şərifova, Mərziyyə Nəcəfova, filologiya üzrə fəlsəfə doktorları Könül Hacıyeva, Eşqanə Babayeva, Folklor İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Tahir Orucov, Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin elmi işçisi Xəzangül Məmmədova və sözügedən müəssisənin Türk xalqları folkloru şöbəsinin əməkdaşı Vaqif Orucov iştirak edib.

Beynəlxalq tədbirdə Vüsal Zülfüqarov “Mehmet Akif Ersoy Azərbaycan elmi mühitində”, Aqil Məhərrəmov “Milli mübarizə şairi Məhməd Akif Ərsoyun Azərbaycan ədəbiyyatına təsiri”, Tahir Orucov “Məhməd Akif Ərsoy: həyatı, yaradıcılığı və onun ölümsüz istiqlal marşı”, Xəzangül Məmmədova “İstiqlal Marşının müəllifi Məhməd Akif Ərsoyun şəxsiyyəti, şeirlərində mübarizə və Qurtuluş Savaşının əks olunması”, Vaqif Orucov “Məhməd Akif Ərsoy və milli mübarizə”, Salidə Şərifova “Azərbaycan Ədəbiyyatında marş növünün inkişaf özəllikləri”, Mərziyyə Nəcəfova “Müstəqillik dövrü ədəbiyyatımızda marşlar”, Könül Hacıyeva “İstiklal marşı dövrünün ədəbi simaları və Atatürk”, Eşqanə Babayeva “Məhməd Akif Ərsoy Azərbaycan ədəbiyyatında” mövzusunda məruzə ilə çıxış ediblər. Çıxışlar maraqlar qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: