AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli görkəmli dövlət xadimi, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, milli dövlətçilik ideyalarının təşviqi, gələcək nəsillərə çatdırılması, xalqımızın milli-mənəvi dəyərlərinin, ənənələrinin təbliği və ölkəmizin sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə yaradılmış Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş genişmiqyaslı fəaliyyəti haqqında Bakı Dövlət Universitetinin tələbələrinə mühazirə deyib.
Mühazirədə gənc alim Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Heydər Əliyev Fondunun təqdirəlayiq fəaliyyəti haqqında fikirlərini tələbələrə çatdırıb: “Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyada təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür”.
Günel Məlikli mühazirədə Heydər Əliyev Fondunun xətti ilə aparılan işlərin, görülən tədbirlərin, irəli sürülmüş təşəbbüslərin təqdirəlayiq olduğunu bildirib. İstər təhsil, istər səhiyyə, istərsə də mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması və Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində Heydər Əliyev Fondunun fəaliyyətinin əvəzsiz olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.