Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə Gürcüstanın Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutu arasında elmi tədqiqat, texnologiya və təhsil sahəsində birgə əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi Azərbaycan tərəfindən Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani, qarşı tərəfdən Gürcüstanın Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutunun direktoru Nana Bolaşvili imzalayıblar.
Memorandumu imzalamaqda məqsəd ümumi maraqlara əsaslanaraq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, əməkdaşlığın sahə və istiqamətlərinin genişləndirilməsi, elmi tədqiqatların keyfiyyətinin və dərinliyinin yaxşılaşdırılması üçün təcrübə mübadiləsinin aparılması, birgə konfransların təşkili və sairdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.