Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Çin Xalq Respublikasının CHINT GLOBAL PTE LTD şirkətinin Şərqi Avropa üzrə satış meneceri Qu Dongxu və CHINT ELECTRİCAL MMC-nin Qafqaz regionu üzrə kommersiya direktoru Namiq Göyüşov qonaq olub.
Qonaqları Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov qarşılayıb. Görüş zamanı qarşılıqlı əməkdaşlıq haqqında memorandumun imzalanması olub.
Sənədi Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, Qu Dongxu və Namiq Göyüşov imzalayıblar.
Bu Anlaşma Memorandumu (AM) Tərəflər arasında elektrik, yaşıl və alternativ enerji sahəsində fəaliyyətini özündə ehtiva edir.
Görüş zamanı qarşılıqlı fəaliyyəti əks etdirən bir sıra digər məsələlər də müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.