Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2021 09:50
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda Zəfər Günü qeyd edilib

Aşqarlar Kimyası İnstitutunda Zəfər Günü qeyd edilib

AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri institutun baş direktoru, akademik Vaqif Fərzəliyev açaraq Zəfər bayramının Azərbaycan xalqı üçün ən əhəmiyyətli tarixi günlərdən biri olduğunu, 44 günlük Vətən müharibəsində ordumuzun, xalqımızın və dövlətimizin möhkəm bir yumruq şəklində birləşməsinin qələbənin qazanılmasında mühüm rol oynadığını söyləyib.

Sonra müəssisənin elmi işçisi Könül Qəhrəmanovanın 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş videotəqdimatı nümayiş etdirilib.

Həmçinin institutun Mülki Müdafiə qərargahının rəisi Hüseyn Dünyamalıyev və aparıcı elmi işçi Nüsrət Əliyev çıxış edərək Birinci və İkinci Qarabağ müharibəsində ordumuzun və xalqımızın göstərdikləri qəhrəmanlıq və fədakarlıqlardan, ölkəmizdə şəhid ailələrinin və qazilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: