AMEA-nın Polimer Materialları İnstitutunda Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə Vətən müharibəsində canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda çıxış edən Polimer Materialları İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov bildirib ki, 30 il işğalda qalan Qarabağ Azərbaycan ordusunun misilsiz qəhrəmanlığı ilə 44 günlük Vətən müharibəsi nəticəsində azad olunub.
Sonra müəssisənin icraçı direktoru, kimya elmləri doktoru, dosent Kazım Quliyev, Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova, Makromonomer əsaslı polimer materiallar laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova, Patent tədqiqatları və innovasiya şöbəsinin müdiri Gülnarə Qasımova və başqaları çıxış edərək bugünkü qələbənin ölkə Prezidentinin uğurlu daxili və xarici siyasətinin, yaratdığı qüdrətli Azərbaycan ordusunun və dünyada qazandığımız beynəlxalq nüfuzun nəticəsi olduğunu söyləyiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.