AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutun baş direktoru tarix elmləri doktoru, professor Abbas Seyidov tədbiri açaraq bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə 8 Noyabr Zəfər Gününün birinci ildönümü qeyd edilir. “Müasir dünya tarixində indiyədək görünməmiş bir qələbə qazandıq. Xalqın yekdil dəstəyi ilə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi böyük tarixi qələbə təkcə işğalçı düşmənin üzərində deyil, həmçinin işğalçının arxasında durmuş dünya gücləri üzərində idi” - deyə professor A.Seyidov qeyd edib.
İnstitutun şöbə müdiri, tarix elmləri doktoru, professor Hidayət Cəfərov mövzu ilə bağlı çıxış edərək erməni faşizminin tarixi köklərindən, yadelli işğalçılar tərəfindən Azərbaycan xalqına qarşı dövrü olaraq aparılmış soyqırımlardan danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.