Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.11.2021 11:24
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr edilmiş tədbir keçirilib

İqtisadiyyat İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr edilmiş tədbir keçirilib

AMEA-nın İqtisadiyyat İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr edilmiş tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, professor Nazim İmanov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində Qarabağ uğrunda 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm və tarixi qələbədən danışıb. Bildirib ki, hazırda Qarabağ çox sürətlə bərpa olunur, yenidən qurulur. O, dünyanın heç bir öz vəsaiti ilə sürətlə və bu səviyyədə post-konflikt ərazi bərpa olunmadığını vurğulayıb.

Tədbirdə çıxış edən institut əməkdaşları professorlar Gülşən Yüzbaşıyeva, Təbriz Əliyev, Rəna Sultanova dosentlər Rəsmiyyə Abdullayeva, Samirə Abbasova,  Nəsimi Əhmədov və digərləri böyük qələbə ilə nəticələnmiş Vətən müharibəsindən, Ali Baş Komandanın qətiyyətli addımlarından, uzaqgörən siyasətindən, tarixi qələbəyə aparan yoldan danışıblar. Azərbaycan əsgərinin qəhrəmanlıqları, həmin günlərdə xalqımızın birliyi, hamının cəbhə üçün əlindən gələn köməyi göstərdiyi qeyd olunub, qalib xalqın nümayəndəsi kimi keçirdikləri fəxarət, qürur hisslərini bölüşüblər. Erməni işğalçılarının Qarabağda törətdikləri vandalizmdən və törətdikləri dağıntılardan danışan alimlər bütün bunlara baxmayaraq əminliklə vurğulayıblar ki, ölkə Prezidentinin rəhbərliyi ilə uğurla həyata keçirilən böyük bərpa işləri nəticəsində tezliklə Qarabağda həyat yenidən canlanacaq. Qarabağın iqtisadiyyatı da elmi əsaslar üzərində ən müasir tələblər səviyyəsində tamamilə yenidən  qurulacaq, inkişaf yoluna qədəm qoyacaq. Bu işdə Azərbaycan iqtisadçıları da öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək əzmindədirlər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: