Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.11.2021 14:37
  • A-
  • A
  • A+

Rusiyalı alimlər Daşgil vulkanının yerləşdiyi əraziyə səfər ediblər

Rusiyalı alimlər Daşgil vulkanının yerləşdiyi əraziyə səfər ediblər

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Rusiyanın ən böyük təbii qaz istehsalçısı olan “Novatek” şirkətinin əməkdaşları və gənc alimlərinin, eləcə də Moskva Neft-Qaz Biznesi İnstitutunun rektoru Rüstəm Şaqiyevin birgə iştirakı əsasında Azərbaycanda neft-qaz sənayesinin müasir vəziyyəti və inkişaf perspektivləri, eləcə də nadir təbiət möcüzəsi olan palçıq vulkanları ilə əlaqədar görüş-seminar keçirilib.

İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov qonaqları salamlayaraq, tədbirin təşəbbüskarı R.Şaqiyevi və müəssisənin gənc mütəxəssislərini iclas iştirakçılarına təqdim edib. Sonra Z.Eminov neftin Azərbaycan iqtisadiyyatındakı rolu haqqında geniş təqdimatla çıxış edib, seminar iştrakçılarının suallarını cavablandırıb.

R.Şaqiyev isə öz növbəsində Azərbaycanın neft istehsalı sahəsində böyük təcrübəyə malik inkişaf etmiş qabaqcıl ölkə olduğunu qeyd edib, azərbaycanlı neftçilərin uğurlarını yüksək qiymətləndirib və rusiyalı alimlərin elmi fəaliyyətini əks etdirən kitabları Z.Eminova təqdim edib.

Daha sonra qonaqlar institut əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Elina Kərimova, Sitarə Tarixazər, İrina Kuçinskaya, Samirə Ələkbərova və c.ü.f.d Sevinc Məmiyevanın iştirakı ilə Qobustan rayonunda yerləşən Daşgil vulkanının yerləşdiyi əraziyə səfər ediblər. Azərbaycanlı alimlər qonaqları yerli vulkanlarla tanış edərək, onları maraqlandıran suallara cavablar veriblər. Vulkanlar üzrə mütəxəssis E.Kərimova seminarın davamı olaraq təqdimatla çıxış edib.

Səfərdən məmnun qalan qonaqlar azərbaycanlı mütəxəssislərə təşəkkürlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: