Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.11.2021 10:14
  • A-
  • A
  • A+

Məhəmməd Tağı Sidqiyə aid əlyazmaların surəti görkəmli maarifçinin ev-muzeyinə hədiyyə olunub

Məhəmməd Tağı Sidqiyə aid əlyazmaların surəti görkəmli maarifçinin ev-muzeyinə hədiyyə olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən Məhəmməd Tağı Sidqinin ev-muzeyinə görkəmli pedaqoqa aid əlyazmalarının surəti hədiyyə olunub.

Əlyazmaların təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək görkəmli pedaqoqun yaratdığı əsərlərin nəşrini, adına muzeyin yaradılmasını, eləcə də əlyazmalarının təqdimatının keçirilməsini dövlətimiz tərəfindən ziyalılığa verilən yüksək dəyər kimi qiymətləndiriblər. Tədbir iştirakçıları ev muzeyinə hədiyyə olunan görkəmli pedaqoq Məhəmməd Tağı Sidqiyə aid əlyazma materialları və muzeyin ekspozisiyası ilə tanış olublar.

Qeyd edək ki, görkəmli maarifçinin Ordubad şəhərindəki ev muzeyinə hədiyyə edilən materiallar Məhəmməd Tağı Sidqi və oğlu Məmmədəli Sidqinin həyat və yaradıcılığı ilə bağlı nadir əlyazma nümunələrinin surətindən və elektron versiyasından ibarətdir. Həmin əlyazmaların orijinalları Əlyazmalar İnstitutunda mühafizə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: