Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.11.2021 11:06
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun ilk ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

İqtisadiyyat İnstitutunun ilk ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) AMEA-nın İqtisadiyyat İnstitutunun ilk ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Öncə Vətən müharibəsində şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim İmanov,  partiyanın üzvləri iştirak ediblər.

Toplantıda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək iclas iştirakçılarını 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü bayramı münasibətilə təbrik edib, qələbənin qazanılmasında Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət, xalq və ordunun birliyinin əhəmiyyətindən, YAP-ın ölkəmizin siyasi həyatında aparıcı rolundan danışıb.

İqtisadiyyat İnstitutunun baş direktoru Nazim İmanov Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük və tarixi qələbədən sonra ölkəmizdə və regionda yeni reallıqların yarandığını qeyd edib, ölkə iqtisadiyyatının inkişafının elmi əsaslarının yaradılması istiqamətində institutun əməkdaşlarının üzərlərinə ciddi məsuliyyət düşdüyünü vurğulayıb. Hazırda institutun bir sıra dövlət orqanları ilə fəal əməkdaşlıq etdiyini, müvafiq dövlət proqramlarının hazırlanılmasına cəlb edildiyini bildirən baş direktor institutun nəzdində yaradılan Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin fəaliyyəti haqqında da məlumat verib.

İqtisadiyyat İnstitutunun ilk ərazi partiya təşkilatının sədri, dosent Aqil Eyvazovun Yeni Azərbaycan Partiyasının VI qurultayından sonra ərazi partiya təşkilatının fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib. Habelə təşkilati məsələlərə baxılıb. Partiya üzvlərinin səsverməsi ilə  Aqil Eyvazov İqtisadiyyat İnstitutunun ilk ərazi partiya təşkilatının sədri, dosent Vüqar Bayramov sədrin müavini seçiliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: