Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.11.2021 16:38
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunun baş direktoru beynəlxalq tədbirdə çıxış edib

Qafqazşünaslıq İnstitutunun baş direktoru beynəlxalq tədbirdə çıxış edib

Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı Moskvada onlayn formatda Rusiya, Türkiyə, Bolqarıstan, İsveçrə, Gürcüstan və başqa ölkələrdən alimlərin iştirak etdiyi “Rusiya-Türkiyə münasibətlərinin 100 ili” adlı beynəlxalq elmi konfransda iştirak edib.

Alim tədbirdə “Qars müqaviləsinin ratifikasiyası məsələsinə dair (Azərbaycan, Rusiya, Türkiyə və Gürcüstan arxiv materialları əsasında)” mövzusunda məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Baş direktor, həmçinin beynəlxalq elmi konfransın “Moskva ve Qars müqavilələrinin dünya və regional siyasət kontekstində əhəmiyyəti” adlı bölmə iclasına sədrlik edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: