Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.11.2021 15:56
  • A-
  • A
  • A+

Botanika İnstitutunun əməkdaşları etnobotaniki tədqiqatlar aparıblar

Botanika İnstitutunun əməkdaşları etnobotaniki tədqiqatlar aparıblar

AMEA-nın Botanika İnstitutunun Etnobotanika şöbəsinin əməkdaşları b.ü.f.d. Nuri Mövsümova, b.ü.f.d. Gülnarə Şirəliyeva, Ləman Süleymanova, Samirə Xudaverdiyeva və Həsrət Məmmədovanın iştirakı ilə Bərdə və Tərtər rayonlarında ekspedisiya təşkil olunub.

Ekspedisiyanın məqsədi tematik plana uyğun olaraq Qarabağın aran ərazilərində yaşayan əhali arasında etnobotaniki sorğular aparmaq, bəzi bitki növlərinin arealını müəyyənləşdirmək və faydalı xüsusiyyətlərinə görə (bitki və meyvələrin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi, texniki bitkilər və s.) istifadə yollarını araşdırmaq olub. Sözügedən ərazilər floristik cəhətdən tədqiq edilib, faydalı növlərin fitosenoloji vəziyyəti öyrənilib, lokalitetləri dəqiqləşdirilib və populyasiyaların vəziyyəti qiymətləndirilib.

Ekspedisiya zamanı müxtəlif azsaylı xalqlara mənsub yerli əhali arasında müsahibələr aparılıb  və məlum olub ki, ən çox xatırlanan bitkilər kəklikotu, yarpız, gicitkan, moruq, yolotu, yemişan, itburnu, cincilim, tərə, əvəlikdir.  Həmçinin ərazinin çəmən, bozqır, yarım-səhra bitki qruplaşmaları araşdırılıb və otlaq sahələrində yem bitki ehtiyatları hesablanılıb. Tədqiq olunan ərazilərdən toplanan 10 fəsiləyə aid 35 bitki nümunəsi Herbari fonduna təhvil verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: