Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

17.11.2021 15:12
  • A-
  • A
  • A+

“Varlıq” dərgisinin baş redaktoru Folklor İnstitutunda olub

“Varlıq” dərgisinin baş redaktoru Folklor İnstitutunda olub

Ankara Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları bölməsinin doktoru, “Varlıq” dərgisinin baş redaktoru Məhəmməd Rıza Heyət AMEA-nın Folklor İnstitutunun qonağı olub. 

İnstitutun baş direktoru, akademik Muxtar İmanov qonağa sözügedən müəssisədə görülən işlər barədə məlumat verib.

M.R.Heyət görüş üçün təşəkkürünü bildirərək ziyarətinin əsas məqsədinin “Varlıq” dərgisinin yeni saylarını instituta təqdim etmək və institutla əməkdaşlıq  əlaqələrini gücləndirmək olduğunu bildirib. Qonaq söhbət zamanı 1979-cu ildən nəşr edilən dərgi barədə geniş məlumat verib. O, dərginin 2015-ci ildən, professor Cavad Heyətin vəfatından sonra Ankarada əvvəlki kimi ərəb əlifbası ilə elmi jurnal kimi yayımlandığını diqqətə çatdırıb. Alim Türkiyə, Azərbaycan və İrandan 40-a qədər

M.İmanov görüş zamanı “Varlıq” dərgisinin redaksiya heyətində yer almaqdan məmnunluğunu bildirərək özünün və rəhbərlik etdiyi qurumun əməkdaşlarının bu dərgi ilə əməkdaşlığının genişləndiriləcəyini bildirib.

Sonra qonağa Folklor İnstitutunda fəaliyyət göstərən Cənubi Azərbaycan folkloru şöbəsinin fəaliyyəti və  Cənubi Azərbaycanın folkloru ilə bağlı nəşr olunan on bir cildlik kitab barədə məlumat verilib. Görüş zamanı Məhəmməd Rıza Heyət sözügedən çoxcildliyin tanıtımı ilə bağlı Ankarada Folklor İnstitutu ilə ortaq tədbirin keçirilməsini təklif edib. O, eyni zamanda İsfahanda yaşayan türklərlə, eləcə də qaşqaylarla bağlı folklor materiallarının instituta təqdim edəcəyini bildirib.

Görüşün sonunda M.R.Heyətə Güney Azərbaycan folkloru seriyasının nəşrləri və disklər tədqim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: